Azərbaycanlı şagirdlər Bolqarıstanda keçirilən Avropa Gənclər Olimpiadasında bürünc medal qazanıblar

Açılış mərasimində Bolqarıstan Prezidenti Rumen Radev, AK-ın Rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə Komissarı M.Qabriel və Bolqarıstan təhsil naziri Krasimir Vılçev çıxış ediblər.

AK-ın təhsil, mədəniyyət, gənclər və idman üzrə komissarı T.Navraçiçin olimpiada təşkilatçıları və iştirakçılarına müraciəti oxunub.

Prezident Rumen Ra

dev rəqəmsal texnologiyanın müasir iqtisadiyyatın ən sürətlə inkişaf edən sektoru olduğunu qeyd edib, gənc nəslin erkən yaşlardan yeni texnologiyalara çıxış imkanını yüksək qiymətləndirib və mürəkkəb alqoritmləri inkişaf etdirmək, onları xüsusi proqram dilinə çevirmək və əməliyyat sistemlərinin tələblərinə uyğunlaşdırmaqla gənclərin texniki tərəqqiyə nail olmaqla yanaşı, həmçinin insan davranış modelini yaratdığını və gələcəyi idarə etdiyini söyləyib.

M.Qabriel cə

miyyətdə və iqtisadiyyatda rəqəmsal dəyişikliklərin çağırışlarına cavab verdiklərinə görə olimpiadada iştirak edən gənclərə təşəkkürünü ifadə edib, bu gündən etibarən onların yeni missiyasının – gələcəyin səfirləri olduğunu bildirib.

Öz çıxışında təhsil və elm naziri K.Vılçev olimpiada iştirakçılarının gələcəkdə əldə edəcəkləri nailiyyətlərin tə

kcə komputerlər üçün xüsusi proqramlar deyil, cəmiyyətin gələcəyinin inkişafı ilə bağlı olacağını əlavə etdi. Olimpiadada Azərbaycan, Bolqarıstan, Rusiya, Belçika, Ukrayna, Gürcüstan, Macarıstan, Polşa, Yunanıstan, Kipr, Fransa, Estoniya, Sloveniya, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Makedoniya, Latviya, Litva və Moldovadan olmaqla 22 ölkədən 89 şagird iştirak edib. Olimpiadada ölkəmizi Abutalıb Namazov (Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey), Hüseyn Hacıyev (Bakı Avropa liseyi), Murad Eynizadə (Lənkəran şəhər 4 saylı orta

məktəb), Əziz Hüseynov (Gəncə şəhər 26 saylı orta məktəb) təmsil ediblər. Yarışların ilk günündə iştirakçılar 4 saat ərzində 3 suala cavab tapmalı olublar. Bu mərhələdə maksimum xal 300 olub.

Olimpiada çərçivəsində iştirakçılar informasiya texnologiyaları sahəsində biliklərini nümayiş etdirməklə yanaşı, tədbirin proqramına uyğun olaraq Plovdiv şəhərinə səfər edərək şəhərin tarixi və mədəni irsini kəşf etmək imkanı əldə ediblər.

Yarışlarda 8 iştirakçı qızıl, 15 iştirakçı gümüş və 22 iştirakçı bürünc medala layiq görülüblər. Komandamızın üzvü, Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 9-cu sinif şagirdi Abutalıb Namazov ölkəmizi layiqincə təmsil edərək olimpiadanın bürünc medalına layiq görülüb.

Sofiyaya səfər çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyində olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri ilə görüş keçirilib. Səfir Nərgiz Qurbanova səfirliyin fəaliyyəti, Azərbaycan-Bolqarıstan münasibətləri barədə məlumat verərək şagirdlərin olimpiadada iştirakı, ölkə haqqında təəssüratları ilə maraqlanıb, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıqdan bəhs edərək bu əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib