“Beşiktaş”ın futbolçusu rekord müəllifi oldu

Futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümünün ilk turunun 16 qarşılaşmasında qapılara 54 qol vurulub. 

Astarainfo.az Goal.az-a istinadən  xəbər verir ki, komandalar birinci yarış günündə 28 dəfə fərqləniblər. İkinci yarış günündə isə 26 qol vurulub. Rekordu yeniləyən sonuncu qolun müəllifi isə Türkiyə “Beşiktaş”ının hücumçusu Rayan Babel olub. Hollandiyalı futbolçu Portuqaliyada “Porto”nu 86-cı dəqiqədə məyus edib – 3:1.

Qeyd edək ki, bu rekord Çempionlar Liqasının hazırkı formatına əsasən müəyyənləşdirilib. Əslində 2010-2011 mövsümünün ilk turunda qapılara 63 qol vurulub. Amma həmin formatda ikinci qrup mərhələsi də olub.