Dünyanın ən azad ruhlu məkanı – Burada hər cür insan var – FOTOLAR

Danimarkanın paytaxtı Kopenhagenin mərkəzində bütün qanunlardan, qaydalardan uzaq, sərbəst ruhlu bir qəsəbə var: Kristiana. Hippi, sənətçi, idealist, anarxist, materialist – burada hər cür əqidəyə, hər növ dünyagörüşünə malik insanlara rast gəlmək mümkündür.

Publika.az xəbər verir ki, qəsəbə hippi hərəkatının yüksəldiyi zamanda – 1971-ci ildə qurulub. Yüzlərlə hippi öz utopiyalarını reallaşdırmaq üçün tərk edilmiş bir hərbi qışlaqda məskən salıb. Minbir çətinliklə qurulan bu yer zaman keçdikcə böyüyüb və bu gün 900 insanın yaşadığı, müstəqil bir hökumət tərəfindən idarə edilən və bütün yaşam tərzlərinə qucaq açan bir sahil qəsəbəsinə çevrilib.

Burada yaşayan insanlar evlərini özləri inşa edir və sərbəst mədəniyyətlərini yansıdan rəsimlərlə divarları bəzəyirlər.

Küçə sənəti qəsəbə mədəniyyətinin ən önəmli parçasına çevrilib. Buna görə də hər küçə başında xüsusi rəsmlərə rast gəlinir.

Məktəb və iş yerlərinin müstəqil fəaliyyət göstərdiyi bu qəsəbədə insanların nəzarət etmədiyi ərazilər kollektivin istifadəsinə verilir və məsuliyyəti onlar daşıyır. Qəsəbənin hətta, özünəməxsus valyutası (Lön) və bayrağı mövcuddur. Qəsəbədə yaşayan vətəndaş hər növ vergidən azaddır.

Müasir sivilizasiya ilə müqayisədə olduqca azad olan bu qəsəbədə qadağalar da mövcuddur. Məsələn, burada silaha sahib olmaq, kokain, amfetamin kimi ağır narkotik maddələr istifadə etmək qadağandır.

Danimarka hökuməti bu qəsəbəni ləğv etməyə çalışsa da, bu qərar sərt reaksiya ilə qarşılanıb və hökumət geri addım atmağa məcbur olub.

Kristiana qəsəbəsinin qapıları hələ də hər kəsə açıqdır. Qəsəbənin girişində “Hazırda Avropa Birliyindən ayrılırsınız” paneli yerləşdirilib. Burada yerli mədəniyyəti öyrənə bilmək üçün atelye, yoqa və meditasiya məkanları, xüsusi restoranlar və marketlər mövcuddur.

46 ildir sivilizasiyanın vəhşi basqınlarına dirəniş göstərən bu qəsəbə öz azad ruhu ilə modern dünyanın ən önəmli parçalarından birinə çevrilib.