Londonda 24 mərtəbəli binada baş vermiş yanğında 80%-dan çox zərər çəkmiş yeni mənzillə təmin olunmayıb

Böyük Britaniya höküməti Londonda 24 mərtəbəli “Grenfell Tower” yaşayış binasında baş vermiş yanğında 80 faizdən çox zərər çəkənləri hələdə yeni mənzillə təmin etməyib.

Trend-in “İndependent” qəzetinə istinadən verdiyi məlumata görə, zərər çəkən ailələrdən cəmi 3-ü yeni mənzil ilə təmin olunub, 29 ailəyə müvəqqəti yaşayış üçün ev verilib, 165 ailə isə hələdə mənzil ilə təmin olunmayıb.

Qeyd edək ki, iyunun 14-nə keçən gecə Londonda 24 mərtəbəli “Grenfell Tower” yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində azı 80 nəfər həlak olub və itkin düşüb.