Məşhur aktyor dünyasını dəyişdi

“Klan Soprano” serialında Fil Leotardo obrazını canlandıran amerikalı aktyor Frenk Vinsent 78 yaşında vəfat edib.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun ölümünə ürəyində keçirdiyi əməliyyatdan sonra başlayan problemlər səbəb olub. 

Frenk Vinsent həyatının 41 ilini kino sahəsinə həsr edib. O, mafiya haqqında çəkilən filmlərdə canlandırdığı obrazlarla məşhurluq qazanıb. Frenk, Martin Skorsezenin “Raging Bull” (1980), “Goodfellas” (1990) və “Casino” (1995) filmlərində, həmçinin “Klan Soprano” serialında rol alıb.