Millimiz 13 pillə gerilədi – yeni lider

 

Astarainfo.az Goal.az-a istinadən məlumatına görə, seçmə mərhələdə Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San-Marinonu 5:1 hesabı ilə yenən Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib. Uğursuz çıxış xal hesabımızı 427-dən 388-ə qədər azaldıb. Ötən ay 79-cu olan yığmamız yeni siyahıda 92-ci yerdədir.

Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. Yığmamızın qrupda keçirəcəyi son matçdakı rəqibi Almaniya Braziliyanı arxada qoyaraq, FİFA reytinqinin liderinə çevrilib. “Sambaçılar” 2-ci yerə enibsə, Portuqaliya “üçlüy”ə daxil olub.

 

İlk “onluq”

1 (2). Almaniya – 1606

2 (1). Braziliya – 1590

3 (6). Portuqaliya – 1386

4 (3). Argentina – 1325

5 (9). Belçika – 1265

6 (5). Polşa – 1250

7 (4). İsveçrə – 1210

8 (10). Fransa – 1208

9 (7). Çili – 1195

10 (8). Kolumbiya – 1191