Polşada 35 yaşlı şəxs qatar qaçırıb

Polşanın Legionovo şəhərində polis yük qatarını qaçıran şəxsi saxlayıb.

Astarainfo.az Trend-ə istinadən məlumatına  görə, səhər saatlarında 35 yaşlı şəxs yük qatarının maşinist kabinəsinə daxil olaraq maşinistə hədə-qorxu gəlib və yola düşməyi tapşırıb.

Qısa müddətdən sonra polis həmin şəxsi saxlayıb.

Polis hadisə zamanı qatarda maşinistdən başqa heç kimin olmadığını və onun xəsarət almadığnı bildirib.