Adana film festivalına hazırlıq işləri başa çatıb

Türkiyədə keçiriləcək 24-cü Adana film festivalına hazırlıq işləri başa çatıb.

Adana bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək bu festivalla bağlı İstanbuldakı “Çırağan” sarayında mətbuat konfransı keçirilib.

Təşkilat komitəsi sentyabrın 25-dən oktyabrın 1-dək keçiriləcək festivalın proqramını və digər məsələləri açıqlayıb.