Astarada yeni dərs ili təntənə ilə qeyd olundu

Astarainfo.az xəbər verir ki, Astaranın bütün təhsil ocaqlarında yeni dərs ili təntənə ilə qeyd olundu.

Respublikamızın hər yerində olduğu kimi, 15 sentyabr “Bilik günü” münasibətilə rayonumuzun ərazisində yerləşən bütün təhsil ocaqlarında da təntənəli, əsl bayram ovqatlı tədbirlər keçirildi. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyi tədbirlərdə məktəb müəllimlərinin, şagirdlərin, valideynlər və birincilərin sevinci hədsiz idi.

Tədbirlərdə rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayevin”Bilik günü” münasibəti ilə rayonun pedaqoji və şagird kollektivlərinə təbriki oxundu. Çıxış edənlər ilk dəfə məktəbə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladılar.

Ulu öndər Heydər Əliyev təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını xüsusi ilə vurğuladılar. Möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarıdır.

Astarainfo.az