Astarainfo.az xəbər verir ki,  7- 8 sentyabr tarixlərdə Astara Gənclər Evində Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı,  Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilmişdir.

Təlim zamanı gənc multipleyerler Elnur Qurbanlı və Cavid Kərimov tərəfindən gənclərə  “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti” kimi məsələlər barəsində ətraflı məlumat verilmiş, müxtəlif qrup işləri və rol oyunları keçirilmişdir.

Sonda təlim iştirakçıları sertifikatla təltif olunmuşlar.