Bakıda kino mövsümü başlayıb

Bu gündən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində və mədəniyyət müəssisələrində kino mövsümü başlayıb.

İdarədən Trend-ə verilən məlumata görə, ilin sonunadək müntəzəm şəkildə (həftədə 3 gün) milli filmlər nümayiş olunacaq.

İlk seansdan əvvəl əlamətdar günlə əlaqədar tamaşaçılara kino sahəsinin inkişafına yönəlmiş bu layihə barədə qısa məlumat veriləcək. Daha sonra filmlər nümayiş olunacaq. İlin sonundək davam edəcək bütün seanslara giriş pulsuzdur. Milli filmlərin nümayişi ilə başlanan kino mövsümünün açılışı mərhələli şəkildə xarici filmləri də əhatə edəcək.