Azərbaycan Milli Konservatoriyasında ixtisarlar başlayıb.

Astarainfo.az “Ölkə.Az”a istinadən məlumat verir ki, ötən gün keçirilən iclasda üç nəfər xanəndə-pedaqoq işdən azad edilib. Qeyd edilir ki, işdən azad olunan müəllimlər sırasında tanınmış xanəndə, əməkdar artist Cabir Abdullayevin də adı var.

Məlumata görə, ixtisara düşən bəzi müəllimlər qərara etiraz etsələr də, rektor Siyavuş Kərimi tələbələrin fikrini onlara çatdırıb:

“Tələbələr sizdən razı deyillər. Bizə tələbələrdən xeyli ssayda müraciət daxil olub. Onlar Mənsum İbrahimov və Təyyar Bayramovun sinfində təhsil almaq istəyirlər”.

Qeyd edək ki, daha iyirmi müşayiətçi-müəllim işdən azad edilib.