UEFA “Spartak”ı cəzalandırır

UEFA Rusiyanın “Spartak” (Moskva) klubu ilə bağlı araşdırmaya başlayıb.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, buna  Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda keçirilən “Maribor” – “Spartak”  oyununda klubun rus azarkeşlərinin məşəl yandırması və hakimə tərəf yandırıcı maddələr atması səbəb olub.

Yekun nəticənin sentyabrın 21-i açıqlanacağı bildirilib.

Qeyd edək ki, , “Maribor” – “Spartak” görüşü 1:1 hesabı ilə başa çatıb.