Ölkəmizdə yaxın gələcəkdə bir sıra peşə turizm məktəblərinin açılması nəzərdə tutulur. Şahdağ Dağ Xizək Kompleksi nəzdində də belə bir məktəbin açılmasına hazırlıq işləri gedir.

AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Liseyində Bilik günü münasibətilə təşkil edilmiş tədbirdə deyib.

“Ümumiyyətlə 4-dək bu tip peşə məktəbinin açılması gözlənilir. Bütün bu işlər ölkəmizdə 2020-2025-ci il üçün nəzərdə tutulan Dövlət proqramı çərçivəsində gerçəkləşəcək. Müvafiq Dövlət proqramından irəli gələn bütün məsələlərin həlli üçün artıq işlərə başlanılıb. Bir sözlə, ölkəmizdə Bakı Turizm Peşə Məktəbi kimi müvafiq sayda məktəb və mərkəzlər fəaliyyət göstərəcək”, – deyə V.Əliyev vurğulayıb.