Yüz əlli sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlimdən keçib

Yüz əlli sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlimdən keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov məlumat verib.

O bildirib ki, avtobuslarda sürücü-sərnişin münasibətlərinə və digər hallara nəzarət etmək üçün kameralar quraşdırılır. Təlimdən keçən sürücülər öz peşələri ilə bağlı biliklərə yiyələniblər. Yaxın günlərdə həmin onlara sertifikatlar təqdim olunacaq.