Dərinin parafinlə müalicəsi

Dərinin quruluğu, onun qabıqlanması və qıcıqlanması geniş yayılmış problemlərdir. Parafinlə aparılan müalicə bu sahədə ən səmərəli üsullardan biri hesab edilir.

AZƏRTAC xəbər verir ki, kosmetik parafinin tərkibində çirkdən tam təmizlənmiş və müxtəlif faydalı elementlərlə zənginləşdirilmiş mum kimi maddələr var. Kosmetik parafin digər maddələrlə kimyəvi reaksiyaya girmir və tərkibində sintetik əlavələr yoxdur. Onun tərkibində olan maddələr su balansını tənzimləyir, bəzi kosmetik problemləri və dərinin quruluğunu aradan qaldırır.

Parafinin tətbiq qaydası belədir: isidilmiş parafin dərinin problemli hissəsinə sürtülür. Dərinin isinməsi sayəsində açılmış məsamələrdən tər axır və zərərli maddələr tər vasitəsilə xaric olur. Həmçinin istinin təsiri nəticəsində dərinin üst qabarlı qatı soyularaq yumşalır. Sonra parafin soyuyaraq bərkiyir və dərinin səthində su keçirməyən qat yaradır. Parafinlə müalicə zamanı dəridə olan nəmlənmə buxarlanmır, əksinə dəri səthi soyuyanda və məsamələr kiçiləndə sorulur. Parafin qalığı dəriyə nüfuz etmir, çünki onun ölçüsü qısa vaxt ərzində daralmış məsamələr tərəfindən sorulmağa imkan vermir. Nəticədə dəri müqayisə olunacaq dərəcədə təmizlənir, ancaq nəmliyini itirmir. Eyni zamanda, dəri parafinin tərkibindəki faydalı maddələrlə qidalanır.

Dərinin isinməsi və parafinlə müalicə aparılması qanın mikrodövretməsini tənzimləyir və bunun hesabına dəri qidalandırıcı maddələrlə və oksigenlə təmin edilir, cavanlaşma prosesini sürətləndirir.

Dərinin təmizləyici xüsusiyyəti ilə parafinlə müalicə hətta spazm və əzələ ağrılarını yox edir. Təkcə qan dövranını deyil, həm də limfa dövriyyəsini tənzimləyir və öz növbəsində hüceyrələrin dağılmasına səbəb olan məhsulları – süd turşusu və duzu nizamlayır.

Parafinin limfanın hərəkətinə təsiri sellülitə qarşı mübarizə aparmağa imkan verir, toxumalardan hərəkətsiz limfanı uzaqlaşdırır, sıxıcı və daraldıcı təsir göstərir. Parafini bədənin istənilən nöqtəsinə tətbiq etmək mümkün olsa da, daha çox əl və ayaq, qarın və bud nahiyələrinə sürtülür. Parafin maskası tətbiq etmək ürək və damar xəstəliyi, damarların genişlənməsi, irinli dəri iltihabı və şəkərli diabet xəstəliyi zamanı açıq yaralara əks təsir göstərir. Orqanizmdə xəstəlik olmayanda parafinin müalicəvi təsirindən istifadə etmək olar.

Ev şəraitində parafinlə müalicə belə aparılır: əllər üçün iki kiloqram kosmetik parafin lazımdır. İsidilmiş parafin sürtülməzdən əvvəl əllər təmiz yuyulur. Soyulma, yəni pilinq həyata keçirilir və əllərə qidalandırıcı krem vurulur. Parafin isidilir və əllər biləyə qədər parafinə batırılır. 10-15 dəqiqədən sonra əllər parafindən çıxarılır və yenidən onun içinə salınır. Prosedur 6-7 dəfə təkrar ediləndən sonra əllər sellofana və cod dəsmala, yaxud əlcəyə bükülür.

Əllər 20 dəqiqə həmin vəziyyətdə saxlanılandan sonra parafin biləklərdən başlayaraq əllərdən çıxarılır. Əllərin dərisi təmiz yuyulur və ona qidalandırıcı krem çəkilir, hətta masaj da etmək olar.