Misirdə fəhlələri aparan avtobus aşdı – 18 yaralı

Misirdə şirkət fəhlələrini aparan avtobus aşıb. Trend-in məlumatına görə, bu barədə yol polisi məlumat yayıb.

Hadisə Misirin Ayn-Sohna rayonunda qeydə alınb. Qəza nəticəsində 18 fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata görə, qəza avtobusun təkərinin gözlənilmədən partlaması nəticəsində baş verib.

Faktla bağlı polis araşdırmalara başayıb.