Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Astarainfo.az APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, Bakı-Qazax avtomobil magistralının Şəmkir şəhəri ərazisindən keçən hissəsində “Ford” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Həmin şəxs  xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.