Dənizlərdə neft sızıntılarına qarşı yeni texnologiya – NAVİATOR – FOTO

ABŞ-da su altında da hərəkət edə bilən və “Naviator” adı verilən dron dənizlərdə neft və təbii qaz boru xətlərindəki nasazlıqları və sızıntıları tez bir zamanda müəyyən edə bilir.

“A24.az”ın əldə etdiyi məlumata görə, ABŞ-ın “Rutgers” Universitetinin müəllim və araşdırmaçıları tərəfindən kəşf edilən drone su altında araşdırmalar aparmaqda istifadə olunacaq.

Həmçinin “Naviator” hava və suda sürətlə hərəkət etmə qabiliyyətinə sahibdir. Bu özəlliyi ilə dənizlərin altında quraşdırılan neft və təbii qaz boru xətlərindəki nasazlıqları tez bir zamanda müəyyən etmək və aradan qaldırmaq mümkün olacaq.