“Qarabağ” “Kəpəz”ə, “Qəbələ” “Səbail”ə qarşı

Topaz Premyer Liqada beşinci tura yekun vurulur.

Ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” öz meydanında “Kəpəz”i qəbul edəcək. Ağdam təmsilçisi mövsümə uğursuz başlayan Gəncə klubu ilə oyunun aşkar favoriti hesab olunur.

Günün digər oyununda isə “Qəbələ” Premyer Liqamızın debütantı “Səbail”in qonağı olacaq.

17 sentyabr (bazar)

Topaz Premyer Liqası, V tur

18:30. “Qarabağ”- “Kəpəz”
Hakimlər:
 Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

21:00. “Səbail” – “Qəbələ”
Hakimlər
: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ziya Nəsirov
“Dalğa Arena”, 21:00

16 sentyabr (şənbə)

19:00. “Neftçi” – “Zirə” – 1:2

16:30. “İnter” – “Sumqayıt” – 1:1

N Klublar O Q H M T-F X
1 Zirə 5 4 1 0 11-4 13
2 Qarabağ 3 3 0 0 6-2 9
3 Qəbələ 4 2 1 1 5-4 7
4 İnter 5 2 1 2 6-6 7
5 Sumqayıt 5 2 1 2 5-6 7
6 Səbail 3 1 0 2 2-3 3
7 Neftçi 5 0 1 4 2-7 1
8 Kəpəz 4 0 1 3 3-8 1