Qomis: “Önəmli olan “Galatasaray”ın qələbəsidir”

Türkiyə Superliqasının 5-ci turunda “Kasımpaşa”nı qəbul edən “Galatasaray” Bafetimbi Qomisin qolları ilə rəqibini 2:0 məğlub edib. Fransalı hücumçu qələbə təəssüratlarını belə bölüşüb:

“Kasımpaşa” çətin rəqib idi. Boş zona tapmaqda çətinlik çəkdik. Vurduğum qollar tək mənim deyil, bütün komandanın zəhmətidir. Önəmli olan “Galatasaray”ın qələbəsidir. Azarkeşlərə belə sevinc yaşatdığım üçün şadam. Türkiyəyə adaptasiya müddətində idman direktoru Cenk Ergünün mənə çox köməyi dəydi. Mənə güvəndiyim üçün burdayam və ona təşəkkür edirəm”.