Qurban Qurbanovdan Aqollinin zədəsi ilə bağlı açıqlama

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçusu Ansi Aqollinin son durumu ilə bağlı açıqlama verib.

Astarainfo.az Qol.az-a istinadən  məlumatına görə, o, albaniyalı müdafiəçinin Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Roma” ilə oyuna kimi hazır olacağını deyib: “Sumqayıt”la qarşılaşmada olmayacağı dəqiqdir. Yəqin ki, “Roma” ilə matça qədər hazır olacaq. Amma indi dəqiq bir söz demək olmur”.

Qeyd edək ki, 35 yaşlı futbolçu Albaniya millisinin heyətində Makedoniya ilə oyunda zədələnib.