Türkiyə sahillərində 4,4 bal gücündə zəlzələ olub

Egey dənizində Türkiyə sahilərində 4,4 bal gücündə zəlzələ baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.