“YARAT”da poeziya gecəsi təşkil ediləcək

Sentyabrın 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Sözün melodiyası: keçmişə səyahət” adlı poeziya gecəsi təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, gecədə Azərbaycan və Qərb musiqisi ilə Şərq poeziyasının vəhdəti bir araya gələcək.

Proqramda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış edəcəklər. Hər kəsin iştirak edə biləcəyi musiqili gecədə şeirlər səslənəcək, bir-birindən parlaq ifalar təqdim olunacaq.