“Ardanın komandaya faydalı olacağına inansam…” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde futbolçusu Arda Turan haqda açıqlama verib.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçini növbəti matçlarda oynadıb-oynatmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Bütün futbolçular komandanın bir hissəsidir. Arda da “Barselona”nın oyunçusudur. Mövsüm uzundur. Hər kəsə bərabər davranmağa çalışıram.  Əgər onun komandaya faydalı olacağına inansam, əlbəttə, oyunlarda şans verəcəm”.