Mingəçevirdə 5-ci mərtəbədən yıxılaraq yaralanan körpə ölüb

Mingəçevir şəhərində 2 yaşlı körpə doqquzmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.

Astarainfo.az”Report”un Şirvan bürosununa istinadən məlumatına görə, hadisə sentyabrın 17-də şəhərin məcburi köçkün şəhərciyində baş verib.

Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən körpə bu gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.