Rusiyada prezident seçkilərinin vaxtı açıqlanıb

Rusiyada prezident seçkiləri gələn il martın 18-də keçiriləcək.

APAnın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Maya Qrişina deyib.

Qanunvericiliyə əsasən yeni seçiləcək prezident 6 il bu vəzifədə olacaq. Hazırkı prezident Vladimir Putinin namizədliyini irəli sürmək hüququ var, lakin o, hələlik qərarını elan etməyib.