Şəkidə yanğın olub

Şəki rayonu, Göybulaq kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Şəki rayonu, Göybulaq kəndində ümumi sahəsi 300 m2 olan yardımçı tikilinin yanar konstruksiyaları 50 m2sahədə və içərisinə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb.

Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.