Xaçmazda 34 yaşlı kişi intihar edib

Xaçmaz şəhərində intihar faktı qeydə alınıb.

Astarainfo.az APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, şəhər sakini, 1983-cü il təvəllüdlü Kərimov Mehman Ruslan oğlu özünü yaşadığı evin tavanından asaraq öldürüb. Onun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır.