Yeni Zelandiyada aviareyslər təxirə salındı – Benzin sızıb

Yeni Zelandiyanın Oklend şəhərində yanacaq borusunda sızma səbəbindən onlarla aviareys təxirə salınıb.

Trend-in məlumatına görə, qazmaçı fəhlələrdən biri iş görərkən hava limanına gedən yeganə benzin borusunu zədələyib. Bundan sonra “Refining New Zealand” neft emalı zavodunun işçiləri boruda sızma aşkar ediblər.

Aeroportdan bildiriblər ki, yanacaq çatışmazlığı səbəbindən 27 yerli və beynəlxalq reys təxirə salınıb