Prezident seçkilərində bir ilk yaşanıb.

Astarainfo.az GoldNews.Az-a istinadən xəbər verir ki, keçmiş Sinqapur Parlament başçısı və azlıq təşkil edən malay müsəlmanlarından olan 62 yaşlı Halima Yacob İndoneziyanın prezidenti seçilib. O, çərşənbə günü İstana sarayında baş tutan andiçmə ilə vəzifəsinə başlayıb. Halima 47 illik fasilənin ardınca ilk müsəlman prezident olub. Həmçinin, ölkəsinin ilk qadın prezidenti olan siyasətçiyə qonşu ölkələrin başçılarından təbriklər yağıb.

Digər rəqibləri namizəd olmaq şərtlərini yerinə yetirmədiləri üçün prezidentliyə tək namizəd olan Halima Yacob səsvermə olmadan ölkənin başına keçib.

Etdiyi bir çıxışda bütün sinqapurluları ona dəstək olmağa çağıran və bərabər işləməyə dəvət edən prezident Yacob böyük bir xalq dəstəyi ilə qarşılaşıb. O, “Mən burada heç bir irqi təmil etmirəm, irq, dil və din ayrı-seçkiliyi olmadan hamınızın prezidentiyəm” deyib.