Panamada hava limanında elektrik enerjisinin kəsilməsi səbəbindən 140 aviareys təxirə salınıb

Panamada, “Tokumen” hava limanında elektrik enerjisinin kəsilməsi səbəbindən “Copa Airlines” aviaşirkətinin 140 reysi təxirə salınıb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, təmir işlərindən sonra “Copa Airlines”ın uçuşları bərpa edilib.

Aviaşirkətin məlumatında bildirilir ki, şirkət reysi təxirə salınmış sərnişinlərə oktyabr ayının 2-nə qədər istədikləri reyslə uçmaq imkanı və ya pulun geri qaytarılması imkanını verir.