“Qarabağ”ın oynuna 45 min bilet satıldı

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçına bu günə qədər satılan biletlərin sayı açıqlanıb.

Astarainfo.az Axar.az a istinadən xəbər verir ki, bu barədə məlumatı “Qarabağ” futbol klubunun rəsmi səhifəsi yayıb. Məlumata görə, sentyabrın 27-si baş tutması nəzərdə tutulan görüşə bu günə qədər 45 000 bilet satılıb.

Qeyd edək ki, azarkeşlər biletləri satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Ötən gündən etibarən onlayn olaraq əldə edilən vauçerlərin biletə dəyişdirilməsinə də başla