“Roma”da 2 itki

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la bir qrupda yer alan İtaliyanın “Roma” klubu heyətlə bağlı problemlə üzləşib.

Astarainfo.az Goal.az-a istinadən xəbər verir ki, “canavarlar”ın iki futbolçusu komandadan ayrı düşüb. Bunlar yarımmüdafiəçi Raca Naynqqolanla hücumçu Patrik Şikdir. A Seriyasının 4-cü turu çərçivəsində keçirilmiş “Verona” ilə qarşılaşmada (3:0) zədələnən hər iki oyunçu qarşıdakı matçlarda meydana çıxmayacaq. Naynqqolan 75-ci dəqiqədə zədələnərək, yerini məhz Şikə verib. Belçikalı ilə müqayisədə çexiyalı forvardın durumu daha ciddidir. Paytaxt təmsilçisinin sabah “Benevento”, sentyabrın 23-də isə “Udineze” ilə baş tutacaq görüşlərində baş məşqçi Eysebio di Françesko adıçəkilən futbolçuların xidmətindən yararlana bilməyəcək.

Nainqqolanın Çempionlar Liqasında “Qarabağ”la qarşıdakı matçda iştirakı gözlənilirsə, Şikin Bakıya səfərinin baş tutub-tutmayacağı həkimlərin qərarından asılı olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-də keçiriləcək