Şimali Koreyadan ABŞ-a yeni TƏHDİD

Son vaxtlar həyata keçirdiyi qitələrarası ballistik raket sınaqları ilə dünyada sərt reaksiya doğuran Şimali Koreya növbəti təhdid bəyanatı səsləndirib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) dövlət xəbər agentliyi (KCNA) Pxenyanın düşmənlərinə sərt şəkildə cavab verəcəyini yazıb.

“ABŞ və müttəfiqləri daha çox sanksiya tətbiq edərsə, biz də nüvə gücümüzü daha sürətli şəkildə inkişaf etdirəcəyik. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi son sanksiya qərarı Şimali Koreya xalqına qarşı qeyri-etik və insanlıqdan kənar münasibətin təzahürüdür”, – KXDR-in Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Pxenyana qarşı növbəti sanksiyaları tətbiq edib. ABŞ tərəfindən qətnamə layihəsi Şimali Koreyaya neft məhsullarının ixracına qadağa qoyur./publika.az

© xezerxeber.az