Azərbaycanda Altsheymer xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

“Azərbaycanda il ərzində təxminən 300-400-ə yaxın insanda Altsheymer xəstəliyi müşahidə olunur”.

“Report” xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev media nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, xəstəlik 80-90 faiz hallarda ölümlə nəticələnir: “Ölümə əsas səbəb xəstəliyin yaratdığı fəsadlardır. Bu xəstəliyin yaranma səbəbi bilinmədiyindən konkret müalicəsi yoxdur. Bu xəstəliklə bağlı əsas problem insanların vaxtında və düzgün həkimə müraciət etməməsidir. İnsanlar səhhətlərində hansısa dəyişikliklər hiss etdikdə psixoloq əvəzinə terapevt və ya nevropatoloqa müraciət edirlər. Son nəticədə qarabasma, əqli zəiflik, psixoloji pozğunluq qeydə alınanda psixoloqa müraciət edilir, bu zaman Altsheymer xəstəliyinin müalicəsi gec olur”.

O qeyd edib ki, bu insanlar müalicədən daha çox sosial xidmətlərlə təmin edilməlidirlər.

Direktor müavini əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə dünya ölkələrində əhalinin orta yaş həddinin artması nəticəsində 2050-ci ilə qədər bu xəstəlikdən əziyyət çəkənlərin sayı 4 dəfə artacaq