“Azəri-Çıraq-Günəşli” blokunda ilk neft hasilatı 2023-cü ildə başlaya bilər

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda quraşdırılacaq yeni platformadan ilk neft hasilatı 2023-cü ildə başlaya bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin yüksək vəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, yeni platforma üzrə investisiya qərarı 2019-cu ildə qəbul edilə bilər: “Platformanın tikintisi də daxil olmaqla layihənin ümumi dəyəri ilkin olaraq 8-9 milyard həcmində qiymətləndirilir”.