Gəncədə avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Belə ki, yük avtomobili 1986-cı il təvəllüdlü Yüsibov Cavanşır Ağəli oğlunu vurub. Nəticədə o, ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.