Lavrovla Tillerson Nyu-Yorkda görüşüblər

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Rex Tillerson Nyu-Yorkda ikitərəfli görüş keçiriblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutub.

Hazırkı danışıqlar ilin əvvəlindən Lavrovla Tillerson arasında 7-ci görüş olub.