“Neftçi” və “Zirə” cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Astarainfo.az-ın  Trend-ə istinadən məlumatına görə, iclasda sentyabrın 16-da Premyer Liqanın V turunun “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubun 800 manat cərimə olunması haqqında qərar qəbul olunub.

Oyunun 86-cı dəqiqəsində “Neftçi” klubunun 22 №-li futbolçusu Mirabdulla Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.