Uşaqlarda temperaturun səviyyəsi necə müəyyən olunur?

Uşağınıza toxunduğunuzda bədənində istilik hiss edirsinizsə, bu uşağınızın qızdırması var demək deyildir. Ancaq uşağınızın qızdırmalı olub olmadığını müəyyən etmək üçün bədən istiliyini ölçmək və uşaqlardakı temberaturun səviyyəsini bilməniz lazımdır.

Astarainfo.az GoldNews.Az-a istinadən xəbər verir ki, uşaqların bədən temperaturunu bilmək çox əhəmiyyətlidir. Qızdırma infeksiyanın və epidemiya xəstəliklərinin başlanğıcıdır. Temperaturun yüksəlməsi zamanı tədbirlər alınmalıdır.

Tədbir alınmadığı təqdirdə temperaturun yüksəlməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Normadan yüksək olan temperaturu aşağı salmaq üçün əvvəlcə uşaqlarda normal bədən temperaturunun səviyyəsini bilmək lazımdır.

Uşaqlarda normal temperatur necə olmalıdır? 

Uşaqların bədən istiliklərinin normal dəyərləri 35 və 36 dərəcədir. 38 dərəcə və daha yüksək olan bədən temperaturu uşağınızın qızdırması olduğunu göstərir.

Uşaqlarda 38-39 dərəcə yüksək temperaturdur. Uşaqlarda 38 dərəcə və ondan yüksək, ümumiyyətlə 40 və ondan yuxarı temperatur uşağınızın sudurqa və sarılıq xəstəliyi keçirməsinə səbəb ola bilər. Temperatur 40 dərəcədən yüksək olsa, mütləq tədbir alınmalıdır.

Niyə uşaqların bədən temperaturu ölçülməlidir? 

Uşaqlar bədənlərində istilik hiss etsələr də, bunu valideynlərinə söyləmirlər. Buna görə də uşağınızı daima nəzarətdə saxlamalısınız. Qızdırma yorğunluq və halsızlıq hissini gətirir.  Bu zaman uşağınız uzun müddət yatırsa və halsızdırsa, demək temperaturu yüksəkdir və valideynlər onu ev şəraitində ölçə bilərlər.

Uşaqların temperaturunu necə ölçmək olar? 

Uşaqların temperaturu qoltuq altı, ağız nahiyələrindən ölçülə bilər. Uşaqların adətən ağız hissəsindən xəstəliyini ölçürlər. 2 yaşdan yuxarı uşaqların isə qoltuq altından ölçmək olar.

Eyni zamanda körpələrin temperaturunu qulaq nahiyəsindən də ölçmək olar. Qulaqdan temperaturu ölçmək həkimlərin istifadə etdiyi etibarlı bir üsuldur.

Temperatur bədənin müdafiə mexanizmləri arasında yer alır.

Temperatur çox yüksək və çox aşağı olduğu vaxtlarda immunitet sistemi zəifləyir. Uşaqlarda qızdırmalı xəstəliklər müalicə edilməzsə və yaxud tədbir görülməsə, bu ciddi problemlərin yaranmasına səbəb ola bilər. Bu xəstəliklər əvvəlcə beyinə zərər yetirir, daha sonra ölümcül nəticələrə belə səbəbiyyət verə bilər.

Uşaqlarda qızdırma əleyhinə dərmanlar nə vaxt istifadə edilməlidir?

Uşaqlarda temperaturun səviyyəsini bildiyiniz zaman işiniz asanlaşacaqdır. Bu səviyyəni bildiyiniz təqdirdə lazımi tədbirlər görərək müalicəyə başlamaq sizin üçün daha rahat olacaq. Uşaqlarınızın temperaturu bir az yüksək olan kimi dərman vermək olmaz. Çalışın qızdrıma əleyhinə təbii üsullar tətbiq edin.