Azərbaycan neftinin dünya bazar qiymətinin yenilənmiş UNEC proqnozu

Azərbaycan neftinin (Azərilayt) dünya bazarında qiymətinin UNEC proqnozu yenilənib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, əvvəlki qurulan ekonometrik modellərdə yeni məlumat və baş verən mühüm hadisələr nəzərə alınaraq verilən proqnozlar dəqiqləşdirilib.

Yenilənən proqnoz aşağıdakı cədvəldə verilib.

Tarix Neftin aşağı qiyməti, (barel, dollar) Neftin orta qiyməti, (barel, dollar) Neftin yuxarı qiyməti, (barel, dollar)
2017M10 47.9 53.2 58.5
2017M11 48.0 53.3 58.6
2017M12 48.1 53.4 58.8
2017 47.9 53.26 58.8
2018 48.8 54.2 59.6
2019 59.8 65.0 70.0
2020 48.9 63.0 69.5