BƏƏ Amerikaya pul ayırdı – NİYƏ?

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Floridada “İrma” qasırğasının vurduğu ziyanın aradan qaldırılması üçün 37 milyon dirhəm (10 milyon dollar) vəsit ayırıb.

Trend-in məlumatına görə, həmin vəsait ştatın qasırğadan daha çox zərər çəkmiş bölgələrinə yardım olaraq ayrılacaq.

BƏƏ-nin ABŞ-dakı səfiri Yusef əl-Otayba bu məsələ ilə bağlı bildirib: “Birləşmiş Ərəb Əmirlikləri “İrma” qasırğasından ziyan görmüş Florida sakinləri ilə həmdərd olduğunu bəyan edir”.