”Qarabağ” – ”Roma” oyununa qalan biletlər yalnız… – Klubdan açıqlama

Sentyabrın 27-də Azərbaycanın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində qarşılaşacağı İtaliyanın “Roma” komandası ilə ilk ev oyununa bilet satışı davam edir.

Bu barədə Trend-ə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildiriaçıqlama verib.

Komanda rəsmisi bildirib ki, bu günə qədər artıq 46 min bilet satılıb: “Satış davam edir. Stadionda əsas yerlərə – I, II və III kateqoriyadakı sektorlara yerlərə biletlər tam satılıb. Əsasən, oyun üçün nəzərdə tutulmuş 2 manatlıq biletlər qalıb. Ümumi olaraq oyun üçün 68 min bilet çap edilib və satışa çıxarılıb”.

“Qarabağ” – “Roma” oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova isə bildirib ki, stadionun oyuna hazır olması üçün bütün lazımi tədbirlər görülüb: “Hər şey qaydasındadır, hazırlıq işləri başa çatır, stadionumuz tam olaraq oyunlara hazırdır”.

Xatlrladaq ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda “Qarabağ” İtaliyanın “Roma” konamdası ilə qarşılaşacaq.

Enter.News