Xalq Rəssamı Asəf Cəfərovun 90 illiyinə həsr olunmuş sərgisi açılacaq

Sentyabrın 26-dan 30-dək Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq Rəssamı Asəf Cəfərovun 90 illiyinə həsr olunmuş sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərginin açılışı sentyabrın 26-da təşkil olunacaq. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və rəssamın ailə kolleksiyasından seçilmiş əsərləri nümayiş olunacaq.