Cənub regionunda insan alveri və məcburi əməyə dair məsələlərdə əhalinin marifləndirilməsi ilə bağlı təlim

Astarainfo.az xəbər verir ki, Astarada “Cənub regionunda insan alveri və məcburi əməyə dair məsələlərdə əhalinin marifləndirilməsi” ilə bağlı təlim keçirilmişdir.

Təlim Azərbaycan Respublikasının Prezidenti  yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi  və “Hüquqi Yardım”İctimai Birliyinin  birgə proqramı  çərçivəsində  təşkil olunmuşdur.

Tədbirdə “Hüquqi Yardım” İctimai Birliyinin sədri  İlqar  Qasımov, rayon icra hakimiyyəti aparatının hüquq şöbəsi üzrə  məsləhətçisi Elnur Rəsulov, rayon Mərkəzi Kitabxanasının müdiri Tural Eyvazov,  Gənclər və İdman idarəsinin rəis müavini İqrar Cəfərov “Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı  təşkilat,müəssisə rəhbərləri və məktəb şagirdləri  iştirak etmişlər.

Tədbirdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, onların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib.

İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.

Tədbir  cənub bölgəsi üzrə bir neçə rayonları əhatə edəcəkdir.

Astarainfo.az