Dünyanın bir çox ölkələrində toyu olan qadınları ağ gəlinlikdə görməyə adət etsək də, bu ənənədən imtina edən mədəniyyətlər hələ də mövcuddur.

Toy mərasimlərində milli gəlinliklər geyinilən ölkələri təqdim edir.

Yaponiya

Yaponiya toylarında bəy qapqara, gəlin isə bəmbəyaz geyim geyinir.

Balkanlar

Bolqarıstan, Sloveniya və Albaniya xalqı əsrlərdir ki, bir ənənəni davam etdirir. Belə ki, toyda gəlinin üzü ağ rəngə boyanır.

Bali adaları

Burada gəlinlərin geyindiyi milli gəlinlik sonqket adlanır.

Çin

Çinlilər toy geyimlərində şansı simvolizə edən qırmızıya, zənginliyi simvolizə edən qızılı rəngə üstünlük verirlər.

Ukrayna

Ukraynanın meqapolislərində modern toy geyimlərinə üstünlük verilsə də, ətraf ərazilərdə əl işi olan milli geyimlərdən istifadə edilir.

Hindistan

Ümumiyyətlə, qəribəlik və fərqliliyin olduğu hər siyahıda Hindistanı görməmək mümkünsüzdür. Hind toylarında gəlinlər istədikləri rəngdə geyim geyinə bilərlər. Buna baxmayaraq, çox hindli toyda mavi, qırmızı, yaşıl rənglərə daha çox üstünlük verir. Gəlinlərin geyindiyi bu milli geyim isə sari adlanır.

Cənubi Afrika

Burada da yerli xalq ağ gəlinlik deyil, milli geyim geyinməyə üstünlük verir. Cənubi Afrikada milli toy geyimlərinə umabo deyilir.

İsveçrə

İsveçrə toylarında gəlinlər ağ gəlinlik, bəylər isə “kilt” adlı milli geyim geyinir.

Sibir

Bu bölgədə iqlim olduqca soyuq olduğu üçün gündəlik geyimlərdəki kimi toylarda da kürk geyinmək adət halını alıb.

Rusiya

Rusiyada modern gəlinliklərlə yanaşı, milli geyimlərdən də istifadə edilir.

Ruminya

Ruminyada milli adət-ənənələrin qorunduğu bölgələrdə gəlinlər başlarını örtürlər.

Publika.az

Zümrüd