Kavani və Neymar bir-birinə güzəştə getmək istəməyib

PSG-nin hücumçusu Edinson Kavani klub prezidenti Naser əl-Xəlaifidən maraqlı təklif alıb. Astarainfo.az Goal.az-a istinadən xəbər verir ki, uruqvaylı forvarda 11 metrlik cərimə zərbələrini Neymara güzəştə getmək üçün 1 milyon avro bonus təklif olunub. Amma futbolçu buna rədd cavabı verib. Daha sonra eyni təkliflə Neymara müraciət edən Əl-Xəlaifi ondan da eyni cavabı alıb. Qeyd edək ki, hər 2 futbolçunun müqaviləsində Fransa Liqasında bombardir olacağı halda 1 milyon avro bonus mükafat nəzərdə tutulub.