Əfqanıstanda partlayış: 3 ölü, 16 yaralı

Əfqanıstanda partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayıcı qurğu polis maşınına maqnit vasitəsi ilə bərkidilib. Paytaxt Kabildə törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb. Ölənlərdən ikisi polis əməkdaşı olub.

Qeyd edək ki, partlayışa görə, məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma üzərinə götürməyib.