İsveç Rusiyadan “qorxur” – Seçkiyə görə

Rəsmi Stokholm Rusiyanın 2018-ci ildə İsveçdə keçiriləcək seçkilərə müdaxilə edəcəyindən narahatdır.

Trend-in məlumatına görə, bunu İsveçin Rusiyadakı səfiri Pyotr Erikson deyib.

Diplomat bildirib ki, müxtəlif jurnalistlər və tədqiqatçılar Rusiyanın cəhdləri haqqında öz qeydlərini təqdim edib:

“Rusiya, yaxud Rusiya vətəndaşlarının İsveçdəki müzakirələrə mütləq təsirinin olacağını demək, əlbəttə ki, çətindir. Bu, birbaşa olaraq seçkilərlə bağlı deyil. Məsələni şişirtmək istəmirəm, lakin mövcud olanı da danmaq olmaz”.